Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Azərbaycanda canavarlar kəndə hücum etdi – ŞOK TƏFƏRRÜAT

Azərbaycanda canavarlar kəndə hücum etdi – ŞOK TƏFƏRRÜAT

İsmayıllı rayonunda canavarlar mal-qaraya hücum edib.
Azinforum.az apa-ya istinadən xəbərinə görə, rayonun Qalıncaq kənd sakini, 1953-cü il təvəllüdlü Məmmədov Sahib Murad oğlu ötən gün axşam saatlarında kənd sakinləri Füzuli Ağamalıyev və Nəsimi Babayevə məxsus 15 baş inək və qoyunları örüşdən gətirərkən 4 canavarın hücumuna məruz qalıb.
S. Məmmədov canavarları qovmaq istəyərkən əl, qol, cənə və boğazından ağır xəsarətlər alıb.
Canavarlar 6 baş qoyunu öldürüb, mal-qaraya isə xəsarətlər yetirib.
Sahib Məmmədov İsmayıllı Mərkəzi rayon Xəstəxanasına yerləşdirilərək cərrahiyyə əməliyyatı olunub, mal-qaraya isə yerli baytar həkimlər tibbi yardım göstəriblər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın