Çərşənbə , Aprel 17 2024
Ana səhifə / Media / Azərbaycanda boşanmaların yarıdan çoxunun səbəbi eynidir

Azərbaycanda boşanmaların yarıdan çoxunun səbəbi eynidir

Hər keçən il Azərbaycanda boşanmaların sayı artır. Bunların arasında uşaq olmayan ailələr üstünlük təşkil edir. Bunu elə statistikada da müşahidə etmək olur.

Statistika Komitəsindən verilən məlumata görə, 2015-ci ildə 12764 nikahın pozulması halı qeydə alınıb. Boşanmaların 6950-i uşağı olmayan ailələrdə reallaşıb.

Məlumatda həmçinin qeyd edilib ki, ötən il nikahın pozulması 2838 bir uşaqlı, 2976 iki və daha çox uşaqlı ailələrdə qeydə alınıb. Boşanma nəticəsində valideynlərin biri ilə qalmış uşaqların sayı 9378 nəfərdir.

2014-cü ildə isə bu rəqəmlər bir qədər azdır. Belə ki, 2014-cü ildə 12088 boşanma olub ki, bunun 6840-ı uşaqsız ailələrdə, 2798-i bir uşaqlı ailələrdə, 2450-si isə iki və daha çox uşaqlı ailələrdə reallaşıb. Nəticədə 8 196 uşaq valideynlərdən biri ilə qalıb.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın