Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Azərbaycanda boşanmaların əsas səbəbi nədir? – EKSPERT

Azərbaycanda boşanmaların əsas səbəbi nədir? – EKSPERT

Bu gün cəmiyyətimizdə böyük qlobal problem və aktual məsələyə çevrilən boşanmalara əksər hallarda səbəb maddiyat, xəyanət, şiddət, bir-birinə uyğun olmayan insanların izdivac qurmasıdır.

Trend bildirir ki, bunu hüquqşünas Nurlana Quliyeva deyib.

N.Quliyeva deyib ki, başqa ölkələrdən fərqli olaraq Azərbaycanda cəmiyyətin təməlində fərd yox, birbaşa ailə durur: “Dövlət səviyyəsində ailələrin təminatlı olmasına dair bir çox proqramlar həyata keçirilir və ailə institutunun inkişafı sayəsində yetərincə işlər görülür. Lakin bütün bunlara baxmayaraq qeyd edim ki, bu gün cəmiyyətimizdə sağlam və uzunömürlü ailələrin sayı azalmağa doğru gedir. Səbəblər müxtəlif və çoxşaxəlidir”.

Hüquqşünas qeyd edib ki, boşanmış və mübahisəli ailələrdə doğulan uşaqlar təəssüf ki, özünə inamı olmadan, iradəsi zəif şəxsiyyət kimi formalaşırlar: “Övladlarımızın doğru və şəxsiyyət kimi formalaşması üçün onların sağlam və təməli möhkəm ailələrdə yetişməsi mütləqdir”.

Onun sözlərinə görə, boşandıqdan sonra ananın himayəsində qalan uşaqların yaşam təminatı üçün nəzərdə tutulan alimentin alınması da böyük problemlər yaradır: “Təəssüf ki, əksər atalar övladlarının həyat təminatı üçün nəzərdə tutulan alimenti verməkdən boyun qaçırır və sonda məhkəmə qətnaməsinin bu hissəsi icra olunmadığı üçün inzibati həbs və 306-cı maddəylə təsbit olunan cinayət işinin açılması prosesi başlayır.

İstənilən halda məhkəmə qərarı ilə nəzərdə tutulmuş aliment uşaq 18 yaşına çatana qədər ödənilməli və qətnamənin icrası zəruriləşdirilməlidir. Sağlam dövlət üçün sağlam cəmiyyət, sağlam cəmiyyət üçün də sağlam ailələrin olması mütləqdir. İnsanlar ailə qurarkən ilk növbədə bu məsuliyyəti dərk edərək addım atmalıdır”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın