Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Azərbaycanda bəzi körpələrə şəhər adları verilib – SİYAHI

Azərbaycanda bəzi körpələrə şəhər adları verilib – SİYAHI

Siyahıda Quba, Şuşa, Şamaxı və İsmayıllının da adı var
Azərbaycanda öz övladlarına müxtəlif şəhər və rayonların adlarını verənlərin sayı çoxdur.
Ədliyyə Nazirliyindən “Report”a verilən məlumata görə, son beş ildə 146 körpəyə Təbriz, 2 körpəyə Təbrizə adı verilib.
3 uşağa Bakıxan, 293-nə Xəzər, 1-nə Xəzər Dağxan adı verilib.
Son beş ildə 10 uşağa Quba, 6-na Qubaxanım, 1-nə Şuşa, 1-nə Lənkəran, 1-nə Samuxan, 93-nə Laçın, 2-nə Şamaxı, 1-nə Salyan, 1-nə İsmayıllı, 3-nə Gəncəli, 3-nə isə Gəncəvi adı verilib.
Son beş ildə 5419 körpəyə Mədinə, 340-na Sofiya, 16-na Məkkə, 3-nə Məşədi, 12-nə Afina, 4-nə İzmir adı verilib.
Övladlarına İstanbul (1), Qahirə (7), Samara (6), Qüdsi (7), Marsel (7) kimi adlar verənlər də var.
Bundan başqa, uşaqlara Mədinəxanım (14), Mədinənur (1), Mədinə Nouvella (1), Sofiyabanu (1), Sofiya Apreliya (1), İzmirə (1) kimi adlar da verilib.
285 DƏFƏ OXUNUB

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın