Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Azərbaycanda ana və körpəsi doğuş vaxtı ölüb

Azərbaycanda ana və körpəsi doğuş vaxtı ölüb

Azərbaycanda ana və uşaq ölümü baş verib.

APA-nın şimal bürosunun məlumata görə, Xaçmaz rayon sakini, 32 yaşlı
Cəbrayılova Leyla Bilal qızı Quba Mərkəzi Rayon Xəstəxanasının (MRX) Regional Perinatal Mərkəzinə gətirilib.

Doğuş zamanı vəziyyəti pisləşən L. Cəbrayılova ölüb, onun körpəsini də xilas etmək mümkün olmayıb.

Quba MRX-nın baş həkiminin müavini Əliyar Sərvərov APA-ya bildirib ki, ölümü səbəbi hələlik məlum deyil, araşdırma aparılır.

Bu, L. Cəbrayılovanın 3-cü hamiləliyi olub. Onun iki azyaşlı övladı var.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırma aparılır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın