Ana səhifə / Media / Azərbaycanda 49 abituriyent 700 bal toplayıb – 6 illik göstərici

Azərbaycanda 49 abituriyent 700 bal toplayıb – 6 illik göstərici

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanlarında ən çox abituriyent 2015-ci ildə 700 bal toplayıb.

Belə ki, 2015-ci ildə 15 abituriyent bütün suallara düzgün cavab verməklə 700 bal toplayıb.

AzVision.az rekorda imza atan abituriyentlərin 6 il üzrə statistikasını təqdim edir.

2011-ci ildə cəmi 4 abituriyent 700 bal toplaya bilib. Onlar I ixtisas qrupu üzrə imtahanda bu nəticəni əldə ediblər. 2011-ci ildə digər ixtisas qrupları üzrə rekord nəticə göstərən olmayıb.

2012-ci ildə rekord nəticə göstərənlərin sayı 5 nəfər olub. II ixtisas qrupunda 2 nəfər, III ixtisas qrupunda 1 nəfər, IV ixtisas qrupunda isə 2 nəfər maksimum bal toplayıb. I ixtisas qrupunda 700 bal toplayan olmayıb.

2013-cü ildə isə 6 nəfər 700 bal toplayıb. Belə ki, 4 abituriyent III ixtisas qrupu, 2 abituriyent isə IV ixtisas qrupu üzrə rekord nəticə əldə edib. Həmin il I və II ixtisas qrupları üzrə 700 bal toplayan olmayıb.

2014-cü ildə 9 abituriyent nəfər 700 bal toplaya bilib. I ixtisas qrup üzrə 5 nəfər, II ixtisas qrupu üzrə 2 nəfər, IV ixtisas qrupu üzrə isə 2 nəfər maksimum nəticə göstərib. 2014-cü ildə III ixtisas qrupu üzrə 700 bal toplayan abituriyent olmayıb.

2015-cü ildə I ixtisas qrup üzrə 7 nəfər, II ixtisas qrupu üzrə 3 nəfər, III ixtisas qrupu üzrə 3 nəfər, IV ixtisas qrupu üzrə isə 2 nəfər maksimum nəticə göstərib.

2016-cı ildə isə rekord nəticə göstərən məzunları sayı 10 nəfər olub. I ixtisas qrupu üzrə 3 abituriyent, II ixtisas qrupu üzrə 2 abituriyent, III ixtisas qrupu üzrə I abituriyent, IV ixtisas qrupu üzrə 3 nəfər onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

Ümumilikdə isə 6 il ərzində 49 abituriyent 700 bal toplayaraq rekorda imza atıb.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın