Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Azərbaycanda 400 minə yaxın şəxs kəskin infeksiyaya yoluxub

Azərbaycanda 400 minə yaxın şəxs kəskin infeksiyaya yoluxub

Ötən il Azərbaycanda 397 777 nəfərin qrip və yuxarı tənəffüs yollarının kəskin infeksiyasına yoluxması halı qeydə alınıb.

Trend-in Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə istinadən verdiyi məlumata görə, ötən il 14 306 nəfərdə ümumi kəskin bağırsaq infeksiyaları, 329 nəfərdə viruslu hepatitlər, 11 645 nəfərdə suçiçəyi, 329 nəfərdə salmonelyoz infeksiyaları, 311 nəfərdə qoturluq, 9 nəfərdə qarayara, 341 nəfərdə bruselyoz, 168 nəfərdə skarlatin qeydə alınıb.

Statistik məlumatlara görə, qeyd edilən bütün xəstəliklər üzrə xəstələnmə hallarının sayı 2014-cü ilə nisbətən azalsa da, qoturluq və bruselyozla xəstələnmə halları artıb.

2014-cü ildə 225, 2015-ci ildə 311 nəfərdə qoturluğa yoluxma halı, 2014-cü ildə 337, 2015-ci ildə isə 341 nəfərdə bruselyozla xəstələnmə halı qeydə alınıb.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın