Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Azərbaycanda 29 mindən çox işsiz var

Azərbaycanda 29 mindən çox işsiz var

2015-ci il may ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,2 min nəfər olub.
Bu barədə AzVision.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Komitə bildirir ki, onların 39,1%-ni qadınlar təşkil edib.
Məlumat üçün bildirək ki, 2015-ci il aprelin 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29,1 min nəfər olub, onların 39,2%-ni qadınlar təşkil edib.
Bundan başqa, işsizliyə görə müavinətin orta məbləği azalıb:
Belə ki, 2015-ci il aprelin 1-nə işsizliyə görə müavinətin orta məbləği 254,4 manat təşkil edirdisə, mayın 1-nə olan məlumata görə, orta məbləğ 6,1 manat azalaraq 248,3 manat təşkil edib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın