Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Azərbaycanda 23 mindən çox insanı heyvan dişləyib – 4 nəfər ölüb

Azərbaycanda 23 mindən çox insanı heyvan dişləyib – 4 nəfər ölüb

Son 2 ildə Azərbaycanda 4 nəfər quduzluqdan dünyasını dəyişib.

Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib.

Şöbə müdiri bildirib ki, ötən il ölkə üzrə 17 min insanı heyvan dişləyib: “İnsanları dişləyən heyvanlar arasında itlər üstünlük təşkil edir. 90 faiz hallarda it, yerdə qalan hallarda isə pişik, çaqqal, siçovul və digər heyvanların dişləməsi halları müşahidə edilir. Bu ilin 6 ayı ərzində isə 6500 heyvan dişləməsi qeydə alınıb və yalnız bir nəfər ölüb. Bu da dünən dünyasını dəyişən 5 yaşlı Zeynəb Mikayılzadədir”.

R. İsmayılova qeyd edib ki, uşağın valideynləri vaxtında müraciət edib və vaksin vurulub. “Lakin dişləmə çox təhlükəli yerlərdən – baş nahiyəsindən olduğundan vaksin təsir etməyib. Dişləmələr üz, alın nahiyəsindən, əl və barmaqlardan olarsa, vaksin çox zaman təsir etmir, orqanizmdə vaxtında immunitet yaranmır. 5 yaşlı uşaqda immunitet və hemoqlobin aşağı olduğuna görə xəstəlik ölümlə nəticələnib. Bu xəstəliyin inkubasiya dövrü 12 gündən başlayaraq 1 ilə qədərdir. Lakin vaksinasiya getsə belə, ölüm halı baş verə bilər. Bu, dişləmə yerindən və insanın immunitetindən asılıdır”.

Qeyd edilib ki, son iki il ərzində Azərbaycanda 23500 nəfəri heyvan dişləyib.

Qeyd edək ki, iyulun 31-də Sumqayıtda 5 yaşlı uşağı it dişləyib. Uşağa vaxtında vaksin vurulsa da o, dünən dünyasını dəyişib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın