Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Media / “Azərbaycanda 18+ başlıqlı xəbərlərin daha çox oxunması…”

“Azərbaycanda 18+ başlıqlı xəbərlərin daha çox oxunması…”

Son illər ölkəmizdə internet media sürətlə inkişaf edir. Oxucular mobil telefon, planşet və kompüterlərindən xəbər saytlarına daxil olmaqla istənilən informasiyanı, xəbəri asanlıqıa əldə edə bilərlər.  Demək olar ki, hər ay yeni-yeni saytlar açılır, mediada birincilik uğrunda qızğın mübarizə gedir. 

Çox vaxt xəbər saytları İP burulğanında insanlara xəbəri oxuda bilmək üçün onlara 18+ başlıqlar çıxarmağa məcbur olur. Müşahidələr isə bu tip başlıqlı xəbərlərin digərlərindən daha çox oxunduğunu göstərir. 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, professor Qulu Məhərrəmli bu tip başlıqların bütün dünyada insanları daha çox cəlb etdiyini deyib: 

“İnsanların daha çox əyləncəyə, şouya meyl etməsinin çox sadə səbəbi var. Psixoloji baxımdan insanlar həmişə yüngül xəbərlərə, əyləncəyə, normadan kənar davranışlara maraq göstərirlər. Amma görək hansı insanlar bu xəbərlərə daha çox meyl edir? İnsanın ümumi dünyagörüşündən asılı olaraq onun maraq dairəsi müəyyənləşir. İnsanmıram ki, ciddi bir adam 18+ başlıqlı bir xəbər görən kimi dərhal açıb oxusun. Medianı davamlı izləyən adamlarda artıq bu cür xəbərlərə bir növ ikrah hissi yaranıb. Amma 18+ başlıqlı xəbər görən kimi linkə tıklayan adamlar təəssüflər olsun ki, çoxluq təşkil edirlər. Onlar üçün ciddi, siyasi yazılar, ölkə gündəmi o qədər də önəmli deyil. Onlar yüngül xəbərləri dərhal açırlar və oxuyurlar. 

Bu yaxınlarda keçmiş SSRİ məkanında hansı xəbərlər daha çox oxunur adlı bir araşdırılma aparıldı. Məlum oldu ki, bütün ölkələrdə internet istifadəçilərinin 60-65 faizi bu tip xəbərlər yayımlayan əyləncə saytlarını oxuyurlar, orada gedən şəkillərə baxır və yüngül şou xəbərlərini izləyirlər. Ona görə bu məsələdə qeyri-adi bir şey görmürəm. Bu həmişə belə olub, yenə də belə olacaq”. 

Onun sözlərinə görə, insanlar hər zaman öz maraq dairəsinə, dünyagörüşünə uyğun olan xəbərləri tapıb oxuyurlar:

“Mühüm olan odur ki, yerli saytlar hansı keyfiyyətli materialları verirlər, operativ xəbərləri yayımlayırlar. Önəmli olan budur. Xəbərin keyfiyyəti yüksək olanda saytların çoxu sözügedən yüngül xəbərləri və şəkilləri dərc etmirlər. Əgər məqsəd təkcə İP toplamaqdırsa, bu cür şəkillərin, xəbərlərin yayımlanması normaldır, əgər məqsəd auditoriyanı həqiqətən məlumatlandırmaqdırsa, bu cür materialları heç bir sayt vermir. Bu məsələdə vəziyyəti insan marağı, psixoloji durum, maraq dairəsi müəyyənləşdirir. İnsanlar hansı mövzu ilə maraqlanırsa, ona uyğun da saytları seçərək oxuyurlar. Və 18+ başlıqlı xəbərlərin daha çox oxunması ilə bağlı müşahidələr bu zaman özünü doğruldur”. 

Həmçinin oxuyun

Eynulla Fətullayev ana söyüşünə görə həmkarını tutdurdu

Tanınmış jurnalist Aydın Canıyev həbs olunub. Yasamal məhkəməsində onun barəsində 1 aylıq həbs qərarı çıxarılıb. Bu …