Ana səhifə / Media / Azərbaycanda 14 min nəfərdən çox şəxs sosial xidmətlərlə təmin edilir

Azərbaycanda 14 min nəfərdən çox şəxs sosial xidmətlərlə təmin edilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 14 400 nəfərdən çox şəxs sosial xidmətlərlə təmin edilir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirliyin xətti ilə 11 300 nəfərə yaxın tənha ahıl və əlilliyi olan şəxs evlərində səyyar formada, təqribən 1 100 nəfər insan isə sosial xidmət müəssisələrində stasionar şəraitdə bu xidmətlərlə təmin olunur. Nazirliyin sosial sifarişləri əsasında isə müxtəlif layihələr üzrə il ərzində 2 min nəfərdən çox ehtiyacı olan şəxsə QHT-lər tərəfindən reabilitasiya yönümlü sosial xidmətlər göstərilir.

Son illərdə Azərbaycanda sosial təminat sisteminin müasir tələblərə uyğun səviyyədə təkmilləşdirilməsi və səmərəli təşkili istiqamətində mühüm tədbirlər həyata keçirilib. Sosial təminat sisteminin vacib sahələrindən biri olan sosial xidmətlər sahəsində də bir sıra layihələr icra olunub, sosial xidmətlər sisteminin də qabaqcıl dünya təcrübəsinə uyğun qurulması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Eyni zamanda, sosial xidmət işçilərinin peşəkarlıq səviyyələrinin qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq “sosial işçi” modeli əsasında təkmilləşdirilməsi işləri aparılıb.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın