2016-cı ildə Azərbaycanda əcnəbilər tərəfindən 2 övladlığa götürmə faktı qeydə alınıb.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin sektor müdiri Seymur Məmmədov məlumat verib.
O bildirib ki, uşaqlar azərbaycanlı xanımlarla ailə quran Böyük Britaniya və Türkiyə vətəndaşlarına övladlığa verilib.
S.Məmmədov qeyd edib ki, əcnəbilərə övladlığa verilən uşaqlardan biri 13 yaşlı oğlan, digəri isə 4 yaşlı qız uşağıdır. (APA)