Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Azərbaycanda ərə getməyən qız keçmiş sevgilisini məhkəməyə verir – VİDEO

Azərbaycanda ərə getməyən qız keçmiş sevgilisini məhkəməyə verir – VİDEO

Bakı sakini qeyri-adi iddia irəli sürüb. 30 yaşlı xanım iddia edir ki, 5 il ərzində sevgili olduğu oğlan ona ümid verib, sonra isə evlənməkdən imtina edib. Xanım hesab edir ki, bu hərəkətinə görə keçmiş sevgilisi məsuliyyətə cəlb olunmalıdır. Çünki sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də, hüquqlarının bərpa olunmasını istəyir.

Bakıda qadın keçmiş sevgilisəndən şikayətçi düşdü. 30 yaşlı V.Ə iddia edir ki, keçmiş sevgilisi onu 5 il ərzində sevdiyini deyib. Ailə quracaqlarına inandırıb. Son vaxtlarda isə sözündən geri çəkilib.

Qadin deyir ki, sevgilisinin ailəsi ilə yaxşı münasibətləri olub. Anası onların evlənməsinə razı imiş.

Vətəndaş iddia edir ki, sevdiyi oğlandan ayrıldıqdan sonra ailə həyatı qura bilmir. Buna görə də, hüquqlarının bərpa olunmasını istəyir.

Məsələyə peşəkar münasibətə gəlincə isə, hüquqşünas Xəyal Bəşirov bildirdi ki, Ailə Məcəlləsinə görə evlilik könüllü prinsiplər əsasında həyata keçirilir. Kimsə nikaha girməkdən vaz keçirsə, buna görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi doğru deyil.

Hüquqşünas bildirir ki, indiki halda qadın məhkəməyə şərəf və ləyaqətinin alçaldılması iddiası ilə müraciət edə bilər. Amma belə hallarda iddianı sübut etmək də çətin olur.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın