Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Azərbaycanda əmək pensiyaçılarının sayı açıqlanıb

Azərbaycanda əmək pensiyaçılarının sayı açıqlanıb

Azərbaycanda əmək pensiyaçılarının sayı 1 aprel tarixinə 1 milyon 319 min nəfər təşkil edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev “APA-Economics”ə bildirib ki, əmək pensiyaçılarının 59,3%-i yaşa görə, 11,4%-i ailə başçısını itirməyə görə, 29,3%-i isə əlilliyə görə pensiya alanlardır.

E.Babayevin sözlərinə görə, cari ilin ötən dövründə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu üzrə ümumi daxilolmaların səviyyəsi pensiyaların vaxtında maliyyələşdirilməsinə imkan verib.

“Ölkə üzrə əmək pensiyalarında artım dinamikasının davamı kimi, əmək pensiyalarının orta aylıq məbləği bu ilin əvvəli ilə müqayisədə 5,3% artaraq 1 aprel tarixinə 202,38 manata çatıb. Hazırda ölkə üzrə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği əməkhaqlarının orta aylıq məbləğinə nisbəti 44,9% təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə cavab verir”, – deyə E.Babayev əlavə edib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın