Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Media / “Azərbaycanda əhaliyə verilən su təhlükəlidir” – Şok iddia

“Azərbaycanda əhaliyə verilən su təhlükəlidir” – Şok iddia

Azərbaycan əhalisinə verilən su insan sağlamlığı üçün təhlükəlidir. ” Azinforum.az  ” APA ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın nüfuzlu “The Daily Mail” nəşri ekspertlərə istinadən yazır.

Nəşr turistlər üçün hazırladığı xəritədə krandan su içməyin təhlükəli və təhlükəsiz olduğu ölkələrin adlarını qeyd edib.

Nəşrin sorğu keçirdiyi ekspertlər bir sıra ölkələrlə yanaşı Azərbaycanı “üçüncü ölkələr” sırasına aid edib. “Bu cür ölkələrdə krandan gələn su ilə heç diş yumağı da tövsiyə etmirik”, – deyə ekspertlər qeyd edib.

Məsələn, Rusiyada krandan su içmək bir sıra xəstəliklərə, o cümlədən “Hepatit A”-ya yola aça bilər.

Analoji vəziyyət Ermənistan, Gürcüstan, Moldova, Belarus, Ukrayna, Türkiyə və s. ölkələrdədir.

Həmçinin oxuyun

“Axı niyə İrəvanı bombalamırlar?” – “Kommersant” qəzeti

17 oktyabr gecəsi Azərbaycanın ikinci böyük şəhəri Gəncə yenidən beş gün əvvəlki hadisələri yaşadı. “Elbrus” …

Bir cavab yazın