Bazar ertəsi , İyul 22 2019
Ana səhifə / Media / Azərbaycana sulu qar yağacaq – Nazirlikdən xəbərdarlıq

Azərbaycana sulu qar yağacaq – Nazirlikdən xəbərdarlıq

 Hava şəraitinin kəskin dəyişəcəyi haqda xəbərdarlıq edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo“ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 24-dən 25-i gündüzədək güclü şimal-qərb küləyinin əsəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək, gündüz saatlarında 20-22 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 23-ü gündüzdən 25-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 4-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Həmçinin oxuyun

Elçin Şıxlı: “Azərbaycanda qəzet satışı sistemi məhv olub” — VİDEO

Milli Mətbuat Günü ərəfəsində ARB-24 kanalı Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdan müsahibə alıb.  Müsahibədə …

Bir cavab yazın