Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Azərbaycana elektrobusların ilk modeli gətirilir

Azərbaycana elektrobusların ilk modeli gətirilir

Yaxın günlərdə Azərbaycana sınaq məqsədilə “Eurabus” elektrik avtobuslarının ilk modeli gətiriləcək.

Azinforum.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.

X.Fətiyev xatırladıb ki, bu yaxınlarda Berlində Almaniyanın “Eurabus” şirkətinin rəhbərliyi ilə həmin modellərin çatdırılmasını nəzərdə tutan memorandum imzalanıb: “Memorandum bir ay-ay yarım ərzində elektrobusların ilk modelinin çatdırılmasını nəzərdə tutur və burada aprobasiyadan keçiriləcək. Biz onu Bakı, Sumqayıt və Gəncədə sınaqdan keçirməli və bir sıra texniki məsələləri dəqiqləşdirməliyik”.

Onun sözlərinə görə, bu nəqliyyat vasitələrinin akkumulyatorları çox bahalıdır, buna görə də ən optimal variantı tapmaq zəruridir: “Gəncə Avtomobil Zavodu min ədəd belə avtobus buraxmağa hazırdır. Lakin hər şey tələbat və sifarişlərdən asılı olacaq. Bu avtobuslar tamamilə ekoloji təmizdir”.

X.Fətiyev qeyd edib ki, gələcəkdə ixrac edilməsi üçün bu nou-hauların qonşu ölkələrdə irəliləyişi də əsas məqsədlərdən biridir.

Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın