Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Azərbaycan xəstəxanalarında daha bir faciə – VİDEO

Azərbaycan xəstəxanalarında daha bir faciə – VİDEO

Azərbaycanda xəstəxanada daha bir faciəli ölüm hadisəsi baş verib. Zaqatala rayon Mərkəzi Xəstəxanasında 6 aylıq uşaq həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib. Bu barədə «ANS Press»ə xəstənin yaxınları məlumat verib.

Onların sözlərinə görə, uşağın vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək istəyiblər. Lakin həkimlər deyib ki, özləri əməliyyat edəcəklər. Nəticədə, uşaq dünyasını dəyişib.

Bundan sonra uşağın yaxınları ilə həkimlər arasında dava düşüb. Polis əməkdaşları xəstəxanadadır. Baş həkim və digər həkimlərin xəstəxanadan qaçdığı deyilir.

Zaqatala rayon Mərkəzi Xəstəxanasından ölüm faktını təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, dünyasını dəyişən uşağın adı Səlim Laçınovdur.

“O iki gün əvvəl əməliyyat olunub. Uşaq bağırsaq keçirməzliyindən əziyyət çəkirdi. Əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalıb və bu gün dünyasını dəyişib”, – deyə xəstəxanadan bildirilib.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın