Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Media / Azərbaycan öz antivirus sistemini təqdim edəcək

Azərbaycan öz antivirus sistemini təqdim edəcək

Azərbaycan proqramçılarının yaratdığı antivirus sisteminin ilkin Beta versiyası cari ilin ikinci yarısında təqdim olunacaq.

Bu barədə ONA-ya Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən bildirilib.

Söhbət multifunksional zərərli kompüter proqramlarının analizi proqramından (“Multifunctional Analysis Program” – MAP) gedir, hansında ki, mövcud baza üzrə zərərli proqramların axtarışı təmin olunub.

Proqramın interfeysi üç (Azərbaycan, rus və ingilis) dillərini dəstəkləyəcək. Antivirus proqramının hazırlanması mərkəzin prioritet planlar sırasına daxildir.

MAP virusların aşkar edilməsi, aktiv proseslərin təhlili, şübhə doğuran proqram və fayllara bağlı hesabatların hazırlanması, valideyn nəzarəti və s. modullarla təchiz olunacaq.

Həmçinin oxuyun

“Yəqin ki, bizim də növbəmiz çatacaq” – Vahid Mustafayev

ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev Yenicag.az-ın əməkdaşının “ANS-in açılması nə qədər realdır?” …