Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Media / “Azərbaycan” Nəşriyyatındakı 200 redaksiyaya XƏBƏRDARLIQ ediləcək

“Azərbaycan” Nəşriyyatındakı 200 redaksiyaya XƏBƏRDARLIQ ediləcək

““Azərbaycan” Nəşriyyatında fəaliyyət göstərən sifarişçi redaksiyalar hər ay kommunal borclarını və icarə məbləğini ödəyə bilirlər”.

Bu barədə Modern.az-a Azərbaycan Nəşriyyatının İqtisadiyyat şöbəsindən məlumat verilib. Şöbədən bildirilib ki, heç bir redaksiya bir illik icarə xərclərini əvvəlcədən ödəmir:

“Redaksiyalar aylıq gəlirləri hesabına hər ayın sonunda “Azərbaycan” Nəşriyyatına olan borclarını qapadırlar. Bununla bağlı nəşriyyatın səlahiyyətli şəxsləri tərəfindən borclu redaksiyalara müvafiq məktub ünvanlanır, ödənişin gecikdirilməməsi xaiş olunur. Maliyyə çətinlikləri ilə qarşılaşan, bir neçə ay nəşriyyata olan borcunu ödəməyən redaksiyalara rast gəlirik. Əməkdaşlığa davam etmək istəyən qəzet və jurnallara müraciətlər yazılır ki, əməli tədbirlər görülsün. Hansı təşkilatlar ödənişi tamamilə ödəmirsə, onlarla icarə müqaviləsini yekunlaşdırırıq”.

İcarə və kommunal borclarını ödəyə bilməyən redaksiyalara qarşı tədbirlərə gəlincə, nəşriyyat uzun müddət ödənişləri vaxtlı-vaxtında etdiyi halda, bir neçə ay borclu qalan redaksiyalara qarşı sərt addımlar atmır:

“Reallığa söykənsək, qəti addım atıb, hansısa redaksiyanı nəşriyyatdan çıxartdıqda yerinə yeni redaksiyalar yerləşdirməyimiz çətin olacaq. Çünki Azərbaycanda qəzet, jurnal, çap mətbuatı təşkilatları elə də çox deyil. Ona görə, mətbuat evi redaksiyalara müəyyən güzəştlər edir. Hazırda “Azərbaycan” Nəşriyyatında redaksiyaların sayı 200-ü keçib və qərəzli şəkildə borclarını ödəməyən mətbu təşkilat yoxdur”.

Nəşriyyatın məsul şəxsi onu da qeyd edib ki, bir neçə gün sonra mətbuat evinin dəhlizlərində elanlar yerləşdiriləcək:

“Hər ilin sonuna yaxın borclarını ödəməyən redaksiyalara xəbərdarlıq məqsədilə bina daxilində elanlar yerləşdirilir. Yaxın vaxtlarda bununla bağlı müraciətlərimizi redaksiyalara çatdıracağıq”.

Həmçinin oxuyun

Youtube öz bazasından 8 milyondan çox videonu sildi

Youtube bir sosial paylaşım saytı olduğu üçün özünə məxsüs qaydaları var: Porno videolar, insanlara təsir …