Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Media / Azərbaycan jurnalistləri Kəlbəcər və Şuşada – FOTOLAR

Azərbaycan jurnalistləri Kəlbəcər və Şuşada – FOTOLAR

Azərbaycan jurnalistləri Ermənistanda, eləcə də Dağlıq Qarabağ bölgəsində, o cümlədən Şuşa şəhərində olublar.

Virtualaz.org bildirir ki, səfərə gedənlər arasında 1news.az saytının müxbiri Elşən Rüstəmov də olub. O, Kəlbəcər və Şuşadan çəkdiyi fotoları şəxsi Feysbuk hesabında paylaşıb.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan KİV nümayəndələrinin Azərbaycana, Azərbaycandan olan media nümayəndələrinin isə 17-21 noyabr tarixlərində Ermənistana səfər etdiyini bildirmişdi. Səfər çərçivəsində azərbaycanlı jurnalistlər Dağlıq Qarabağa, erməni jurnalistlər isə Gəncəyə səfər ediblər. Azərbaycan Xarici İşlər Nazirliyi bu səfərin ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə təşkil olunduğunu qeyd etdi.

Həmçinin oxuyun

Fransada Qarabağ haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqid olunur

«Sərhədsiz Reportyorlar» TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona …