Çərşənbə axşamı , İyun 25 2019
Ana səhifə / Media / Azərbaycan hakerlərinin ermənilərə kütləvi hücumu

Azərbaycan hakerlərinin ermənilərə kütləvi hücumu

Azərbaycan hakerləriinin internetdə erməni isifadəçilərə kütləvi kiber hücum həyata keçirdiyi və elektron poçt ünvanlarına nəzarəti ələ keçirdiyi bildirilir. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu haqda özünün Facebook səhifəsində informasiya təhlükəsizliyi üzrə ekspert Samvel Martirosyan yazıb.

“Azərbaycanlılar kütləvi hücum həyata keçiriblər, erməni istifadəçilərinin elektron poçtlarına nəzarəti ələ alıblar”-Martirosyan bildirib.

O, parolları azərbaycanlı hakerlər tərəfindən ələ keçirilmiş 500-dən çox istifadəçinin loqinlərini yayıb. “Ünvanlar çoxdur, onlar hamısını sındırmağa vaxt tapmayıblar.  Məlumatları azərbaycanlıların əlinə keçənlərin siyahısını dərc edirəm. Əgər siz öz elektron poçt ünvanınızı bu siyahıda görsəniz təcili parolunuzu dəyişin”-Martirosyan yazıb.

Bildirilir ki, əsasən mail.ru-da qeydiyyatdan keçmiş elektron poçtlar ələ keçirilib.

Həmçinin oxuyun

Əflatun Amaşov: “Azərbaycan mətbuatının patriarxını itirdik”

“Şirməmməd Hüseynovun vəfatı Azərbaycan mətbuatı və cəmiyyəti üçün çox böyük itkidir”.Mia.az xəbər verir ki, bunu jurnalistlərə …