Ana səhifə / Media / “Azəravtoyol”dan sürücülərə xəbərdalıq

“Azəravtoyol”dan sürücülərə xəbərdalıq

“Azəravtoyol” ASC sürücülərə müraciət edib.

Dövlət şirkətinin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli “APA-Economics”ə bildirib ki, Neftçilər prospektinin Nobel prospekti ilə kəsişən hissəsində sabah səhər saatlarından başlayaraq yolun hərəkət hissəsindən çıxarılmış dəmir yolu relslərinin yerinin asfaltlanması işləri aparılacaq.

Onun sözlərinə görə, işlərin bir-neçə saat ərzində aparılaraq yekunlaşdırılması planlaşdırılır: “Asfaltlanma işləri hissə-hissə aparılacaq və avtonəqliyyat vasitələrinin hərəkəti dayandırılmayacaq. Prospektin sözügedən hissəsində hərəkətin qismən məhdudlaşdırılması tətbiq ediləcək. Ancaq buna baxmayaraq sürücülərdən xahiş olunur ki, həmin hissədə sıxlığın yaranmaması üçün hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər”.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın