Ana səhifə / Media / Aytən Səfərova: “Məmura dedim ki, cəhənnəmə müsahibə ver”

Aytən Səfərova: “Məmura dedim ki, cəhənnəmə müsahibə ver”

Aparıcı Aytən Səfərova açıqlaması ilə gündəmə gəlib.

Bizim.media bildriir ki, televiziya ulduzu qonaq olduğu “Fəlidən doğru xəbər” verilişində illər əvvəl respondenti ilə yaşadığı qalmaqaldan danışıb.

Səfərova bildirib ki, məmurlardan biri ilə müsahibə etmək istəyərkən qarşı tərəf sərt şəkildə cavab verib:

“Bilmirəm, neçənci il idi… Məmurlardan birinə yaxınlaşıb söylədim ki, sizdən müsahibə almaq istəyirəm. Mən heç zaman mikrofonu uzadıb demirəm ki, filankəs müəllim. Məmur “Mən sənə müsahibə vermirəm. Get buradan!” cavabını verdi. Mən isə “pramoy” üzünə “Müsahibə vermirsən, cəhənnəmə ver” dedim. Sonradan eşitdim ki, həmin məmur deyib ki, mən Aytənin fanatıyam.

O zaman əhvalsız idim. O xanımın üstünə hirsimi tökdüm və o, cavabı ilə məni şok kimi ayıltdı”. Münasibət məsələsi var. Jurnalist özünə hörmət etməsə, ona heç kim hörmət etməyəcək. Danışığın, eyni zamanda cavabın da tonu var. Sən hansı tonda deyirsənsə, o tonla da cavab alırsan”.

https://newstube.az/embed/153212

Həmçinin oxuyun

“Rauf Arifoğlu haqda “dost” ifadəsinə ehtiyatla yanaşardım, Rəşad Məcid isə…” – Arif Əliyevlə

Bakı Mətbuat Klubunun prezidenti, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Bakupost.az -a geniş videomüsahibə verib. O, …