Bazar ertəsi , May 20 2024
Ana səhifə / Media / Aytən Səfərova Lalə Azərtaşa söz atdı: “Qazın qiyməti heç ləzzət eləmir… “

Aytən Səfərova Lalə Azərtaşa söz atdı: “Qazın qiyməti heç ləzzət eləmir… “

Tanınmış aparıcı Aytən Səfərova da təbii qazda limit artımı ilə bağlı müzakirələrə qoşulub.

Aparıcı sosial şəbəkədə canlı qaz fotosu paylaşaraq, ad çəkməsə də həmkarı Lalə Azərtaşa söz atıb:

“Qiyməti qalxmış qaz duruşu. Bəzi həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, bu qazdan kimsə illərlə istifadə etmir, yemir ətini, istəmir ləzzətini. Amma bu biri qazdan istəsə də, istəməsə də istifadə etmək məcburiyyətindədir. Ən azından yemək üçün. Qiyməti də heç ləzzət eləmir. Yazanda nöqtə, vergül də qoyun”.

Xatırladaq ki, bir müddət bundan əvvəl aparıcı Lalə Azərtaşın qazın qiymətinin artması ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub, tənqidlə qarşılanmışdı.

Həmçinin oxuyun

“Rauf Arifoğlu haqda “dost” ifadəsinə ehtiyatla yanaşardım, Rəşad Məcid isə…” – Arif Əliyevlə

Bakı Mətbuat Klubunun prezidenti, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Bakupost.az -a geniş videomüsahibə verib. O, …