Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Aynur Camalqızının redaksiyasında kütləvi İSTEFALAR

Aynur Camalqızının redaksiyasında kütləvi İSTEFALAR

“Publika.az” saytında kütləvi istefalar başlayıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bu gün saytın Baş redaktoru, tanınmış jurnalist Aqil Lətifov və jurnalist Aytən Novruz işlərindən ayrılıblar.

Daha bir neçə jurnalistin də istefa verəcəyi gözlənilir.

Əldə etdiyimiz məlumata görə, saytdakı istefaların əsas səbəbi Aynur Camalqızının yarıtmaz idarəçilik prinsipləri, bürokratik əngəllər, işçilərə qarşı yersiz və ədalətsiz təzyiq üsullarına əl atmasıdır.

Saytın əməkdaşlarının əməyinin ən primitiv üsullarla Aynur Camalqızı tərəfindən istismar edilməsi ümumilikdə, “Teleqraf Media”da növbəti səs-küylü istefaların olacağını da istisna etmir.

Qeyd edək ki, Aqil Lətifov Azərbaycanın peşəkar jurnalistlərindən biridir, onun istefası Aynur Camalqızının rəhbərliyi altında fəaliyyət göstərən bütün işçilər üçün siqnala çevriləcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …