Ana səhifə / Media / “Aygun City” ticarət mərkəzində “CinemaPlus” kinoteatrı açılacaq

“Aygun City” ticarət mərkəzində “CinemaPlus” kinoteatrı açılacaq

Bakıda Bakıxanov qəsəbəsində, “Aygun City” Ticarət mərkəzinin 3-cü mərtəbəsində “CinemaPlus” premium kinoteatrı açılacaq.

Azinforum.az xəbər verir ki, kinoteatrda dünya standartlarına cavab verən 7 zal və 395 oturacaq yerləri var. Zallar rahat və yüksək səviyyəli kreslolar ilə təchiz olunub.

Kinomanlara unudulmaz anlar və ideal istirahət bəxş etmək imkanı bununla məhdudlaşmır. Təbii ki, film izləmək və bundan həzz almaq popkornsuz və soyuq içkilərsiz təsəvvüredilməzdir. Burada xoş və rahat istirahət üçün 4 növdə popkorn, şəkərli pambıq, buzlu alkoqolsuz kokteyllər və başqa içkilər təklif olunur.

Həmçinin qeyd etmək istəyirik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə daxildir:“CinemaPlus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa”.

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

 

Ətraflı məlumat üçün İOS və Android əməliyyat sistemli smartfonlar üçün yeni “CinemaPlus” mobil əlavəsini yükləyin.

https://itunes.apple.com/us/app/cinemaplus/id1072140418?mt=8

https://play.google.com/store/apps/details?id=com.promote.cinemaplus

 

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın