Ana səhifə / Media / Ayaq üstə işlə məşğul olmaq insanı arıqladır

Ayaq üstə işlə məşğul olmaq insanı arıqladır

Amerikalı mütəxəssislərdən ibarət tədqiqat qrupu apardığı araşdırmalar nəticəsində ofis işlərinin ayaq üstə aparılmasını məsləhət görürlər.

Trend-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, gənclərin iştirak etdikləri tədqiqatlar onların iş saatlarının müəyyən hissələrə bölünməsi ilə aparılıb.

Onlara bu vaxt ərzində istənilən vəziyyətdə dayanmağa icazə verilib. Tədqiqatların nəticəsində müəyyən olub ki, ayaqüstə görülən iş oturaq vəziyyətdən fərqli olaraq altı dəfə çox kalori itkisi ilə nəticələnir.

Alimlər bu üsulla artıq çəkidən asanlıqla azad olmağın mümkünlüyünü bildiriblər.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın