Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Avtomobillərin texniki baxış məntəqələrinə müraciət edən çox azdır — VİDEO

Avtomobillərin texniki baxış məntəqələrinə müraciət edən çox azdır — VİDEO

Yanvarın 1-dən etibarən MDB ölkələrində istehsal edilən avtomobillər üçün texniki baxışa start verilsə də, müayinəyə gələn çox azdır. Müayinə mərkəzindən bildirilir ki, 6 cərgəli müayinə mərkəzi tamamilə boşdur. MDB ölkələrində istehsal edilən avtomobillər və motosikletlər üçün müayinəyə artıq 9 gündür start verilsə də, gün ərzində cəmi 3-4 nəqliyyat vasitəsi müayinə üçün müraciət edir. Belə avtomobillərdə də əksər hallarda nasazlıq aşkarlanır.

Müayinə mərkəzindən bildirilir ki, sürücülər texniki baxış üçün tez müraciət etsələr, nəqliyyat vasitəsində nasazlıq aşkarlandığı halda onu aradan qaldırmaq üçün vaxtları da olar.

Bu avtomobillər üçün müayinə vaxtı aprelin sonunda bitir. Sürücülərin əksəriyyəti də məhz son günlərdə texniki baxışdan keçməyə üstülük verirlər. Bu zaman isə uzun növbələr yaranır və sürücülər xeyli vaxt itirirlər.

Qeyd edək ki, avtomobillər indi texniki baxışdan keçsələr belə, onlara təqdim olunan sənəd növbəti ilin aprelinə qədər qüvvədə olur. Avtomobilin texniki baxışdan keçirilməməsinə görə cərimə isə fiziki şəxslər üçün 50 manatdır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın