Ana səhifə / Media / “Avtomobil yolunu bağlayıb, etiraz səsimizi elə bildirəcəyik” – FOTOLAR

“Avtomobil yolunu bağlayıb, etiraz səsimizi elə bildirəcəyik” – FOTOLAR

Sakinlər illərdir bu problemi yaşayırlar. Amma rəsmi qurumlar heç bir köməklik göstərmirlər.

Əhali sayına görə, ən böyük qəsəbələrdən biri hesab edilən Saray qəsəbəsinin sakinləri uzun zamandır nəqliyyat problemi yaşayırlar.

Saray qəsəbəsində qeydiyyatda olan 15 minədək əhali yaşayır. Qeyri-rəsmi məlumatlarda isə bu rəqəm 40-45 min civarında dəyişir. Bu qədər sakinin əksər hissəsi hər gün iş dalınca paytaxt Bakıya üz tutur və gediş-gəliş problemi ilə üzləşir. Çünki minlərlə əhalisi olan qəsəbəyə normal marşrut avtobusları ayrılmayıb. Hər gün işə gedib-gələn vətəndaşlarımız əziyyət çəkirlər. Bu boyda qəsəbəyə bir ədəd belə marşrut avtobusu işləmir.

Sakinlərin sözlərinə görə, onlar artıq 7 ildən çoxdur ki, Bakıya gedib gəlməkdə çox əziyyətlər çəkirlər: “Çox adam Bakı şəhərinə avtobusla yox, ancaq yoldan keçən “1 manatlıq” taksilərlə gedir. Bunun da səbəbi sıxlıqdır. Olmasa heç kim varlı deyil. İndiki dövrdə hər gün 1 manat taksiyə pul vermək çətindir.

Saraydan Bakı şəhərinə konkret olaraq marşrut avtobusu işləmir. Biz yalnız Sumqayıtdan Bakıya gedən (501-503) avtobuslardan istifadə edirik. Həmin avtobuslar isə həmişə dolu olur. Bir sözlə ömür boyu Sumqayıt sakinləri ilə bir yerdə sıxıla-sıxıla Bakıya gedirik. Bu nə bizə, nə də onlara xoş deyil. Heç kim o qədər yolu bu şəkildə getmək istəməz”.

Narazı vətəndaşlar deyirlər ki, sıxlıq ucbatından hər gün işə gecikirlər, yolda qalırlar: “Saray qəsəbəsi əhalisinin sayına görə ən böyük qəsəbələrdən biridir. Gün ərzində minlərlə insan Bakıya gedir. Əgər buna getmək demək olarsa. Axşamlar işdən gəlmək olmur. Avtovağzalda çox dəhşətli sıxlıq olduğuna görə, avtobusa minmək olmur.

Sovet vaxtında Saraydan Bakıya 102 nömrəli marşrut avtobusları işləyirdi. Onunla gedib gəlirdik. İndi bu qədər inkişaf etmiş ölkədə Saray qəsəbəsinin sakinləri üçün avtobus tapa bilmirlər?

Bundan başqa Sumqayıtdan Xırdalan şəhərinə gedən 12 A nömrəli paz avtobuslar var. Həmin marşrut da Sumqayıtdan gəldiyi üçün dolu olur və nəticədə yenə basabasla bir təhər Xırdalana gedirik”.

Saray sakinləri onlara qarşı biganəlikdən narazıdırlar: “Bakıdakı bütün qəsəbələrə konkret avtobus işləyir, amma bizim qəsəbənin marşrutu yoxdur. Bu inanılmaz bir şeydir. Bu barədə bütün aidiyyəti orqanalara yazmışıq, qəsəbə ağsaqalları nə qədər məktublar göndəriblər, amma heç bir faydası yoxdur. Belə davam etsə, avtomobil yolunu bağlayıb, etiraz səsimizi elə bildirəcəyik”.(Musavat.com)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın