Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Avtomobil nömrələri ilə bağlı YENİLİKVİDEO

Avtomobil nömrələri ilə bağlı YENİLİKVİDEO

Azərbaycanda rayonlara verilən avtomobil seriya nömrələri mahiyyətini itirir. Belə ki, qanunvericiliyə görə vətəndaş qeydiyyatda olduğu rayondan asılı olmayaraq aldığı avtomobilin seriya nömrəsini dəyişmədən öz adına rəsmiləşdirə bilər. Həm də az məbləğli rüsmlar ödəməklə.

Baş  Dövlət Yol Polisi İdarəsinin  sözçüsü  Kamran Əliyev bildirir ki, sürücü qeydiyyatı dəyişmək üçün müraciət edirsə, hətta onun avtomobilinin texniki baxış müddəti bitməsə belə yenidən qeydiyyata salınmalıdır. Avtomobilin seriya nömrəsi dəyişilmirsə, bu zaman mütləq alan və satan şəxsin razılığı olmalıdır.

Kamran Əliyevin sözlərinə görə, artıq avtomobilin seriasına baxmaqla onun hansı rayonda qeydiyyatda olduqunu bilmək olmaz. Bunu yalnız mərkəzləşdirilmiş sistem vasitəsi ilə öyrənmək olar.

Yeni alınan avtomobillərə isə  bu qaydalar  şamil  edilmir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın