Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Media / Avtobuslarda gediş haqqı artırılmayacaq – RƏSMİ

Avtobuslarda gediş haqqı artırılmayacaq – RƏSMİ

“Aİ-92” markalı benzinin pərakəndə satış qiymətinin artması şəhərdaxili sərnişin avtobuslarında gediş haqqına heç bir təsir göstərməyəcək”.

Bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Modern.az-a açıqlamasında deyib.

Mais Ağayev bildirib ki, hazırda Bakı Nəqliyyat Agentliyində marşrut xətləri üzrə sərnişin avtobuslarında gediş haqqının artırılması ilə bağlı məsələ müzakirə edilmir. Şəhərdaxili sərnişin avtobuslarında gediş haqqı artırılmayacaq.

Qeyd edək ki, Tarif Şurasının 2017-ci ilin 14 iyul tarixində keçirilmiş növbəti iclasında Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb, müvafiq tarif tənzimlənməsi həyata keçirilib. Tarif Şurasının iclasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpik səviyyəsində təsdiq edilib.

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …

Bir cavab yazın