Belə ki, 38 nömrəli marşrutda hərəkət edən avtobusun sürücüsü kobud şəkildə qayda pozur, hərəkət yolu onun olmasa da, yoldan şütüyən maşınlara məhəl qoymur və xeyli insanın həyatını təhlükəyə ataraq qəza şəraiti yaradır.

38 nömrəli maşrutun dispetçeri Elçin Vəliyev hadisəni araşdıracaqlarını bildirib. Onun sözlərinə görə sübuta yetirilərsə o zaman sürücü işdən azad ediləcək.

Dizpetçer bildirib ki, işə ancaq müəyyən təcrübəyə malik sürücülər götürürlər və onları sınaq mərhələsinə cəlb edirlər. Daha sonra isə işlə təmin edilirlər.

Sərnişinlər bunun tək olmadığını bənzər hallarla dəfələrlə üzləşdiklərini deyir.

Bakı nəqliyyat agentliyinin sözçücü Mayis Ağayev isə deyir ki, daim belə sürücülərlə mübarizə aparırlar və belə hallara yol verənlərin cəzalandırılmasına səy göstərirlər.