Ana səhifə / Media / Avtobus sürücülərinə nəzarət başlandı – CİDDİ CƏZALAR TƏTBİQ OLUNACAQ

Avtobus sürücülərinə nəzarət başlandı – CİDDİ CƏZALAR TƏTBİQ OLUNACAQ

Bakıda marşrut avtobuslarının hərəkətinə ciddi nəzarət tədbirlərinə başlanıb. Fins.az-ın məlumatına görə, artıq avqustun 17-dən etibarən sərnişindaşımada yol verilən qayda pozuntularına qarşı aparılan mütəmadi reydlərə başlanılıb.
Sürücülər sərt cəzalanacaq

Paytaxt ərazisində marşrut avtobusu sürücüləri haqqındakı çoxsaylı şikayətləri nəzərə alaraq avtobus sürücülərinin yol verdikləri qayda pozuntularına qarşı daha sərt cəza tədbirləri tətbiq ediləcək. Dayanacaqdan kənarda marşrut avtobusunu saxlayıb sərnişin götürən və ya sərnişinin dayanacaqdan kənardan avtobusdan enməsi üçün şərait yaradan avtobus sürücüsü ciddi şəkildə cəzalandırılacaq. Bu məqsədlə dayanacaqlarda və paytaxt yollarında avtobus sürücülərinə nəzarət daha da gücləndiriləcək.
«Pozuntu görsəniz bizə xəbər verin»

Nəqliyyat Nazirliyi “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC vətəndaşlara müraciət edərək bildirir: “Sərnişin nəqliyyatının işinə mane olan amillərə: avtobus dayanacağında digər nəqliyyat vasitələrinin dayanmasına, avtobusların dayanacaqdan kənar saxlamasına, avtobuslarda və dayanacaqlarda təmizliyə riayət edilməməsinə və bu kimi digər neqativ faktorlara biganə qalmayaraq, belə hallarla rastlaşdıqda, dərhal “Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC-nin qaynar xətti olan (012) 561-76-28/29 nömrələrinə , ən yaxın dayanacaqdakı dispetçerə və ya NİİM-in “141 Qaynar xətti”nə zəng etmələri xahiş olunur.
Sərnişinlərə də nəzarət olacaq

“Bakı Sərnişin və Yük Daşımalarının Təşkili” MMC marşrut avtobuslarından istifadə edən sərnişinlərə müraciət edərək yalnız dayanacaqda avtobusu gözləməyi və dayanacaqdan kənar yerlərdə avtobusu saxlamağı sürücüdən tələb etməməyi xahiş edir. «Bu sahədə nöqsanların aradan qaldırılması üçün inzibati metodlarla bərabər, ictimaiyyətin vətəndaşlıq mövqeyinə, bu sahədə dəstəyinə ehtiyac var. Rastlaşdığınız bütün neqativ hallar haqqında məlumat verməyinizi xahiş edirik»-deyə müraciətdə bildirilir.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın