Ana səhifə / Media / Avtobus dayanacaqlarını zəbt edən taksilər – PROBLEM

Avtobus dayanacaqlarını zəbt edən taksilər – PROBLEM

Son vaxtlar paytaxt yollarında piyadalara qarşı qaydaları pozan sürücülərin cərimələnməsi halları çoxalıb. Hətta bəzi küçə və prospektlərdə piyada keçidlərinin yaxınlığında DYP əməkdaşları duraraq qaydanı pozan sürücüləri məsuliyyətə cəlb edirlər. Amma hələ də nəzarətdən yayınıb avtomobilini düz piyada keçidinin üstündə və ya avtobus dayanacağında saxlayaraq piyadalrın hərəkətini çətinləşdirən, təhlükəli vəziyyət yaradan sürüclərə rast gəlinir.

Nəzərə alsaq ki, Azərbaycanda yol-nəqliyyat hadisələrinin 40%-dən çoxu, Bakı şəhərində isə hətta 51 faizə qədəri piyada vurulması halları ilə bağlıdır, vəziyyətin nə qədər acınacaqlı olduğunu görərik.

Bəs piyadanı keçidin düz üzərində saxladığı avtomobilin üstündən keçməyə məcbur edən və ya avtobusun dayanacağa girməsinə mane olub yolun hərəkət hissəsində qəza şətraiti yaradan, sərnişinlərin həyatını təhlükəyə atan sürücülərə qarşı hansı üsullarla mübarizə aparmaq lazımdır?

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, bu mübarizədə cərimələrin artırılması kifayət deyil. Ekspertin virtualaz.org-a bildirdiyinə görə, bu qaydaları pozanların daha çox taksi sürücüləri olduğunu nəzərə alsaq, yol polisinin daha ciddi nəzarəti ilə yanaşı, həm də şəhərdə taksi dayanacaqları tikilməlidir: “Cərimlər yetərli qədərdir. Azərbaycanda inanmıram kimsə “əşşi, 20 manat cəriməsi var” deyib ağlına gələni eləsin. Belə keçidlərdə saxlayanların çoxu taksi sürücüləridir. Hətta onların arasında elələri var ki, heç bir günə 20 manat qazana bilmirlər. Buna görə də cərimlərin artırılmasından söhbət gedə bilməz. Sadəcə, nəzarət hər yerdə kifayət qədər deyil. Çünki bəzən polis özü də yorulur. Taksi sürücülərinə irad bildirəndə onlar da deyirlər ki, “taksi dayanacağı təşkil edin, gedib orada dayanaq. Biz də çörək pulu üçün çəıxmışıq”.

Ona görə də şəhərdə belə mənzərə yaranır. Bu problem həll etmək üçün nəzarətdən əlavə, şəhərin müxtəlif yerlərində taksi dayanacaqları da yaradılmalıdır. Bundan başqa, həm də belə şəxslərin beyinlərini bir qədər dəyişmək lazımdır. Hər kəs bilməlidir ki, onların qazandıqları 5 manata görə insanlar əziyyət çəkirlər”, – deyə Ə. Hüseynov vurğulayıb.

Məlumat üçün bir daha bildirək ki, piyada keçidinin üstündə avtomobil saxlanmasına görə cərimənin miqdarı 20 manatdır. Avtobus dayanacağında dayanan avtomobillərin cəriməsi isə bundan iki dəfə artıq, yəni 40 manat müəyyən olunub.

 

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın