Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / Avropalı tanınmış deputat AZTV-dən yazdı

Avropalı tanınmış deputat AZTV-dən yazdı

Latviya Seyminin (parlament) hakim partiyadan deputatı, eks-nazir Roman Naudinş sosial şəbəkə hesabında Azərbaycan Televiziyası barədə paylaşım edib.

Paylaşımda deyilir:

“Dost ölkənin Azərbaycan Televiziyası – AzTV bu gün Latviyaya gələrək məndən, hətta azərbaycanlı babam İdris bəydən də reportaj etdi. Çox maraqlı missiyadır. Ümumiyyətlə, son vaxtlar AzTV xaricdən bizim də diqqətimizi çəkəcək maraqlı addımlar atır. Dünyadakı fərqli insanları diqqət mərkəzində saxlamaq, Azərbaycanın dostlarının sayını artırmaq təqdirəlayiqdir. Uğurlar arzulayıram!”

Qeyd edək ki, Roman Naudinşin babası İdris İbrahimov əslən azərbaycanlıdır. R. Naudinş Latviyada, o cümlədən Avropa Birliyi miqyasında fəal siyasi xadim kimi tanınır. /lent.az

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …