Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Avropa.info” saytı haker hücumuna məruz qalıb

“Avropa.info” saytı haker hücumuna məruz qalıb

“Dünəndən etibarən Avropa.info saytı mütəmadi olaraq haker hücumuna məruz qalır”.

Bu sözləri Musavat.com-a açıqlamasında avropa.info saytının rəhbəri Ruslan Bəşirli deyib. Bəşirlinin sözlərinə görə, sayta kiber hücumların mənbəyi də məlumdur.

“Dünən saytın fəaliyyətində 7 saat fasilə yaşandı. Axşam saatlarında saytın fəaliyyətini bərpa edə bildik. Bu gün isə təqribən 30 dəqiqə öncə yenidən hücumlar başladı və saytın fəaliyyəti dayandı. Texniki heyət hücumların Almaniyadan edildiyini deyirlər. Biz bu hücumların Türkiyənin həyata keçirdiyi “Barış Pınarı” əməliyatına tam dəstək verdiyimiz üçün həyata keçirildiyini güman edirik . Məlumdur ki, dünəndən etibarən Türkiyənin və “Barış Pınarı”na dəstək verən bir çox ölkələrdə bəzi media resurslarına da eyni tipli hücumlar təşkil edilib. Biz də əməliyyat başlanandan anbaan informasiyalar, video görüntüləri oxucularımıza təqdim edirik. Güman edirik ki, haker hücumlarının səbəbi bu ola bilər. Hücumların mənbəyinin Almaniya olması da bu ehtimalımızı gücləndirir”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …