Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Aviqdor Liberman Bakıya gəlib

Aviqdor Liberman Bakıya gəlib

srail nümayəndə heyəti mətbuat konfransı keçirəcək.

İsrailin nümayəndə heyəti noyabrın 1-də Azərbaycanda parlament seçkilərini izləmək üçün bu gün günorta saatlarında Bakıya gəlib.

Azinforum.az secki-2015.az-a istinadən xəbər verir ki, nümayəndə heyətinə İsrailin keçmiş xarici işlər naziri, tanınmış siyasətçi Aviqdor Liberman başçılıq edir.

Nümayəndə heyətinin tərkibinə İsrailin keçmiş xarici işlər naziri, “Naş dom – İzrail” partiyasının lideri, tanınmış siyasətçi A.Liberman, keçmiş nazir Sofa Landver, İsrail parlamentinin üzvü Konstantin Razbozov, İsrailin ABŞ-dakı keçmiş səfiri, tanınmış siyasətçi Maykl Oren daxildir.

Qeyd edək ki, noyabrın 2-də İsrail nümayəndə heyəti Azərbaycanda mətbuat konfransı keçirməyi planlaşdırır.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın