Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / ATV-nin aparıcısının mənzili qarət edilib – FOTO

ATV-nin aparıcısının mənzili qarət edilib – FOTO

Abşeronda evdən 37 min manatlıq oğurluq olub.

ONA-nın yerli bürosunun məlumatına görə, martın 22-də Abşeron rayonu Mehdiabad qəsəbəsində Vüsal Qurbanova məxsus mənzil qarət edilib.

V. Qurbanovun evindən 30 min manatlıq qızıl və 7 min manat pul oğurlanıb.

Abşeron RPİ-nin Mehdiabad polis bölməsindən verilən məlumata görə, artıq hadisə yerindən əl izləri götürülüb.

Araşdırma aparılır.

Qeyd edək ki, Vüsal Qurbanov ATV-nin idman xəbərlərinin aparıcısıdır.

01
02

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …