Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Media / ATV-nin aparıcısı: “Biz torpaqlarımızı işğal edəcəyik…”

ATV-nin aparıcısı: “Biz torpaqlarımızı işğal edəcəyik…”

Bu gün ATV telekanalının “ATV Səhər” proqramının aparıcısı birbaşa efirdə “Gün gələcək, Azərbaycan ərazilərini işğal edəcəyik” arzusunu dilə gətirib.

Virtualaz.org xəbər verir ki, proqramın aparıcısı Lalə Azərtaş faşizm üzərində qələbə günü olan 9 may Qələbə gününün nəzərdə tutaraq (sifətində gülüş və müvafiq əl-qol jestləri ilə) belə deyib: “Azərbaycana hər zaman qələbə yaraşır. Gün gələcək, biz torpaqlarımızı işğal edəcəyik, və həmin 20 faizi də…ondan sonra əsl qələbə gününü bayram edəcəyik…”

Bu məqamda birbaşa efirdə səs bir neçə saniyəlik kəsilib, daha sonra aparıcı əvvəl buraxdığı kobud səhvə görə heç bir düzəliş etmədən Albert Eynşteynin şəxsi əşyalarının satışa çıxarılması barədə süjetin təqdimatına keçib. Və bu zaman gülməkdən özünü saxlaya bilməyib, proqramın digər aparıcısı Azər Axşam da gülməkdə ona qoşulub.

Həmin dəqiqələrin videoyazısını oxuculara şərhsiz təqdim edirik.

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …