Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / At-eşşək ətindən kolbasa, dərmanlı şokolad…

At-eşşək ətindən kolbasa, dərmanlı şokolad…

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərkibində kanserogen maddələr olan məhsulların siyahısını genişləndirib.

ÜST-nın yaydığı açıqlamada qeyd olunur ki, siyahıya kolbasa, sosiska, sardelka, bekon və vetçina kimi ət məhsulları da əlavə edilib. Həmin məhsulların tərkibinə vurulan qatqıların xərçəng yarada biləcəyi ehtimal edilir.

ÜST ölkələrə xəbərdarlıqla bağlı tədbir görülməsini tövsiyə edib. Artıq bəzi ölkələr uşaqların belə məhsullarla qidalanmaması üçün tövsiyələr hazırlayıb.

Türkiyə isə tərkibinə at, eşşək əti, dərmanlardan hazırlanmış qatqılar əlavə edilmiş məhsulların siyahısını açıqlayıb.  

Türkiyənin Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin internetdə yaydığı siyahıda 200-ə yaxın firmanın məhsulu var.

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin siyahıya ət və süd məhsulları, xüsusilə də kolbasa, sosiska, bal, zeytun yağı, spirtli içkilər daxil edilib.

Dərman tərkibli qatqılar qarışdırılmış məhsulların arasında isə şokolad və qəhvə olmaqla 40 məhsul yer alıb.

Mətbuat xatırladır ki, son günlər Türkiyədə spirtli içkilər və ət məmulatları ilə bir neçə dəfə qalmaqal yaranıb. Dövlət qurumları nəzarət tədbirlərini gücləndirib.

Ötən həftə də tərkibi bəlli olmayan spirtli içkilər aşkarlanıb. Buna görə də nazirlik tədbirləri gücləndirmək qərarına gəlib.

Onu da qeyd edək ki, Türkiyədən Azərbaycana kolbasa, şokolad, kofe də daxil olmaqla müxtəlif məhsullar gətirilir.

Azərbaycan isə məhsulların orqanizm üçün zərərli ola biləcəyinə dair tövsiyələr hazırlamaqda maraqlı görünmür. Hətta məhsulların tərkibinin yoxlanılması, hansı yaş qrupu üçün xüsusi təhlükəli ola biləcəyi də nəzərə alınmır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da virtualaz.org saytına açıqlamasında xaricdən gətirilən məhsulların tərkibinin tam yoxlanılmadığını, kolbasa, sosiska kimi məhsulların təhlükəli olduğunu bildirib: “Həmin məhsullar genetik modifikasiya olunmuş (GMO) tərkibli məhsullardır. Azərbaycana GMO məhsulları hələ də gətirilir. Lakin müstəqil laboratoriya olmadığından bunu yoxlaya bilmirik. Kolbasa və sosiskaların əksəriyyəti GMO tərkiblidir. Buna görə də məhsullar ÜST-in siyahısında yer alıb”.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində laboratoriya fəaliyyət göstərir. Həmin laboratoriyada aparılmış analizlərin nəticələrinə görə isə ölkəyə GMO tərkibli məhsul gətirilmir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın