Ana səhifə / Media / Astarada yenidən “velosiped icad edilib” – REPORTAJ

Astarada yenidən “velosiped icad edilib” – REPORTAJ

“Mən 1958-ci ilin noyabrından velosiped sürürəm, 83 yaşım var. Velosiped sürürəm,səhhətimdən şikayətim yoxdur.Gündə, bəzən 20 kilometr yol gedirəm. Kəndən şəhərə gəlirəm. Velosiped olmasa,gərək gündə 1 manat verəm,şəhərə gələm. Mənim də pensiyam buna çatmaz. Gündə gəlirəm,bazarlıq edirəm,gedirəm. Qızım başqa kəndə yaşayır,20 kilometrdir, oraya da velosipedlə gedirəm. Cavanlar arasında velosiped sürənlər daha çoxdur.”

“Bizim kəndə 100-dən çox adam velosiped sürür”

Astara rayon Qapıçıməhəllə kənd sakni Höccət Yusubov deyir ki,velosiped kasıblara sərfəlidir:

“Velosiped kasıbın malıdır.Həm sağlamlıqdır, həm də pula qəanət edirsən.Azərbaycanda velosiped sürmək ehtiyacdan irəli gəlir.Dolanmaq olmur.Bir velosiped alıram 150-170 manata, 10 il sürürəm. Yaşayışın çətinləşməsi velosiped sürənlərin sayını artırıb. Təkcə bizim kəndə 100-dən çox adam velosiped sürür.Əvvələr belə deyildi.Qapıçıməhllə kəndindən buraya 5 kilometr yoldur.Elə vaxt olur iki dəfə buraya gəlirəm.”

“Velosipedlə ot, odun və daşıyırlar”

Höccət Yusibov deyir ki,kəndə velosipedlə təsərrüfat işlərini də görürlər:

“Elə adamlar vardırki,velosipeddən düşüb mersedesə mindi.İndə yenidən velosipedə qayıdır. Velosipedlə ot, odun və digər şeylər daşıyırlar.Velosiped mənim ikinci ayağımdır.Belə də xərc istəmir,yanacaq istəmir.”

Əvvəllər rayonlarda 1-2 mağazada velosiped satılırdısa, indi belə mağazaların sayı ondan yuxarıdır. İş adamı, velosiped satışı ilə məşqul olan Vidadi Mirzəyev-in deməsinə görə, müxtəlif ölkələrdə istehsal edilmişvelosipedlər satırlar:

“Sovet dövründə də velosipeddən nəqliyyat vasitəsi kimi istifadə olunurdu. Velosiped sürmək sağlamlığa da müsbət təsir edir.Nisbətən ücüz olduğuna görə kasıblar Çin velosipedlərinə daha çox üstünlük verirlər.Rus,İran və digər ölkələrin də velosipedləri var.Qiymətləri müxtəlifdir.160 manata da var,200 manata da.Ən keyfiyyətlisi Alman velosipedləri hesab olunur”

“Velosipedə tələbat artıb”

İş adamının deməsinə görə, ölkədə böhran olsa da velosipeda təlabat artıb:

“Tələbat artıb.Velosipedi sağlamlıq məqsədi ilə alanlar var. Nəqliyyat vasitəsi kimi istifadə edənlər daha çoxdur.Çox ücüz nəqliyyat vasitəsidir. Tutaq ki, şəxsi maşına minib bazara gedirsən.Benzin lazım olur. Pul tələb olunur. Amma,velosiped heç bir xərc istəmir.Bunlar ailə büdcəsinə köməkdir ”

Astarada velosiped hissələri satan mağza da fəaliyət göstərir.Onun sahibi Adil Mirzəyev deyir ki, bu bölgədə velosipedin ehtiyat hissələrini satan, ixtisaslaşmışyeganə mağazadır:

“Velosipedin həm cana xeyri var, həm də cibə”

“Əvvəllər belə mağaza olmayıb.12-13 ildir ki,velosiped satmaqla məşqul idim. Velosiped bahalaşandan sonra ehtiyat hissələrin alverinə başladım. Velosipedin həm cana xeyri var,həm də cibə. Həkim məsləhəti ilə yanıma gələnlər olur.Məndən soruşurlar ki,hansı velosipeddən alaq.”

Sahibkarın sözlərinə görə 3-4 ildən sonra velosiped sürənlərin sayı 2-3 dəfə artacaq.Ohesab edir ki,velosiped bütün zamanların nəqliyyat vasitəsidir.

“İSMA BİKES”

Ötən ilin avqustunda prezident İsmayılı rayonuna səfər edəndə “İSMA BİKES” velosiped istehsalı zavodunun açılışında iştirak etdi.

Müəssisənin Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edildiyi bildirilirdi. Verilən məlumata görə,zavodun istehsal gücü ildə 20-30 min velosiped olmalı idi. Orada 5 növdə velosipedin istehsalı nəzərdə tutulurdu. Lakin indi zavodun fəaliyyətini dayandırdığı bildirilir. (azadliq.org)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın