Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Astarada mal-qara arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb

Astarada mal-qara arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb

Astara rayonunda iribuynuzlu mal-qara arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb.

APA-nın cənub bürosunun məlumatına görə, xəstəlik bir aya yaxındır ki, rayonun əksər kəndlərində müşahidə olunmaqdadır. Heyvanların bədənində düyünlər yarandığı, qidalana bilmədikləri bildirilir. Bu hala daha çox rayonun Şiyəkəran kəndində rast gəlinir. Yerli sakinlərin sözlərinə görə, xəstəlik kənddəki əksər şəxsi təsərrüfatlarda yayılıb.
Ümumilikdə kənddə xəstə heyvanların sayı 100-dən artıqdır. Sakinlərin sözlərinə görə, heyvanlar arasında ölüm faktları da qeydə alınıb. Xəstəliyə tutulmuş heyvanlara edilən müalicələrin isə heç bir nəticə vermədiyi bildirilir.

Yerli baytarlar sakinlərə profilaktik tədbirlərin aparılmasını məsləhət görüblər.

Astara Rayon Baytarlıq İdarəsinin rəisi Mübariz Axundovun verdiyi məlumata görə, heyvanlar arasında yayılmış xəstəliyə səbəb sakinlər tərəfindən onların gecələr də örüş sahəsində saxlanmasıdır. Xəstəliyin dəqiq səbəbləri isə hələlik bilinmir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın