Ana səhifə / Media / Aslan İsmayılov tanınmış jurnalisti məhkəməyə verdi – Açıqlama

Aslan İsmayılov tanınmış jurnalisti məhkəməyə verdi – Açıqlama

Tanınmış vəkil Aslan İsmayılov jurnalist Aygün Muradxanlını məhkəməyə verib.

Buna səbəb jurnalistin onunla bağlı hazırladığı film olub.
Məsələ ilə bağlı Bakupost.az -a danışan A. Muradxanlı bildirib ki, məhkəmə prosesi bu gün olacaq:

“Bu məsələni birinci mən başlamamışam. O dəfələrlə mənim ünvanıma ittihamlar səsləndirib. AzTV-nin efirində, öz Feysbuk hesabında məni təhqir edib. Mən onunla bağlı 2 film çəkimişəm. Sumqayıt hadisələrinə görə 4 azərbaycanlıya ölüm hökmü verməsi ilə bağlı məsələni gündəmə gətirmişəm. Birazdan Sabunçu rayon məhkəməsində onun şikayətinə baxılacaq. Vəkilim Aqil Layıc olacaq”.

Həmçinin oxuyun

Mətbuat Şurası jurnalistlə vəkili barışdırmaq istəyir

Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə üzərindən tanınmış hüquqşünas Aslan İsmayılova müraciət edib. Rəşad …