Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Aşıq Alı küçəsinin sakinləri yenidən şikayət etməli oldular – VİDEO

Aşıq Alı küçəsinin sakinləri yenidən şikayət etməli oldular – VİDEO

Folklorumuzda “gölə mıx basdıran” deyimi var. Rəvayətə görə, kəndin üzdəniraqlarından biri gölün dibinə xeyli sayda ucu iti mıx basdırıb ki, orada çimən uşaqlar qanlarına qəltan olsunlar. Amma sonda Allah həmin kəsin cəzasını verib. “Gölə mıx basdıran” ifadəsi haradan bizim yadımıza düşdü..? Son vaxtlar Bakı şəhərində bəzi adamlar binaların həyətinə mıx basdıraraq özləri üçün “avtopark” yaratması adi hala çevrilib. Bir müddət əvvəl Nərimanov rayonu, Aşıq Alı küçəsi 7/19 binanın sakinlərinin qafqaznews.az-a şikayəti də bu barədə idi. Sakinlər bildirirdi ki, bir neçə qonşu həyətdə öz maşınları üçün “avtopark” yaradıblar.

Sakinlər Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyevə, Nərimanov RPİ-nin rəisi İsmayıl Əsədova və Nərimanov Bələdiyyəsinin sədrinə şikayət edəndən sonra rayon rəhbərliyinin nümayəndələri məhəlləyə gələrək dəmir mıxları yerdən çıxardaraq həmin qonşulara xəbərdarlıq etmişdilər. Həmin vaxtdan xeyli keçəndən sonra hadisə yenidən təkrarlanıb. Aşıq Alı küçəsi 7/19 binanın sakinlərinin redaksiyamıza yenidən etdiyi müraciətdən sonra əməkdaşlarımız məhəlləyə baş çəkiblər.

Binanın sakinləri ilə söhbət zamanı bəlli oldu ki, tanınmış biznesmen ,iş adamı Arzu Kazımov da həmin məhəllənin sakinidir. Və yerə dəmir mıx basıran İlqar adlı birisi vaxtı ilə Arzu Kazımovun avtomobilinin qapısını “açıb-örtən” olub. Ancaq Arzu Kazımov tərəfindən işdən qovulandan sonra məhəllədə bekar-avara dolaşan İlqar və oğlu binanın həyətinə dəmir mıx basdırmaqla məşğul olurlar. Sakinlər əməkdaşlarımıza bildirib ki, ata-balanın əməllərindən bu dəfə DİN-nin rəhbərliyinə şikayət edəcəklər

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın