Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Media / “ASAN”dan yeni xidmət – SƏNƏDLƏRİ EVƏ GƏTİRƏCƏK

“ASAN”dan yeni xidmət – SƏNƏDLƏRİ EVƏ GƏTİRƏCƏK

ASAN xidmət” vətəndaşlara şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının ünvanlara çatdırılma xidmətini təqdim edir.
Belə ki, ilk olaraq pilot layihə çərçivəsində Həsən Əliyev 36 ünvanında yerləşən 1 saylı Bakı “ASAN xidmət” mərkəzinə müraciət etmiş vətəndaşlar bu xidmətdən yararlana biləcəklər.
Belə ki, sənədlər hazır olduqdan sonra qeyd edilən saatlarda vətəndaşa çatdırılır və məxsus olduğu şəxsə təqdim olunur. Sənədlərin çatdırılma müddəti isə həftənin beş günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri saat 11:00-dan 17:00-dəkdir.
Bundan başqa, sosial həmrəyliyin təmin edilməsi məqsədi ilə sənədlərin çatdırılması kənardan qulluğa və yardıma ehtiyacı olan əlillər, sağlamlıq imkanları məhdud uşaqlar üçün xidmət haqqı ödənilmədən həyata keçirilir.
Qeyd edək ki, sənədlərin çatdırılma xidmətindən faydalanmaq və ətraflı məlumat almaq istəyən vətəndaşlar “ASAN xidmət”də məlumat köşkünə yaxınlaşa və ya 108 Çağrı Mərkəzinə zəng edə bilərlər. Fins.az

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın