Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / «ASAN»da evlənənlər üçün yenilik

«ASAN»da evlənənlər üçün yenilik

Ailə qurmaq istəyənlər nikah üçün tələb olunan tibbi arayışı “ASAN xidmət” mərkəzindən əldə edə bilərlər. Agentlikdən fins.az-a evrilən məlumata görə, artıq nikaha daxil olmaq istəyən vətəndaşlar tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı pilot layihə çərçivəsində 5 saylı Bakı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Respublika Diaqnostika Mərkəzindən əldə edə bilərlər.
Arayışın əldə edilməsi üçün zəruri olan sənədlər:
– Nikaha daxil olmaq istəyən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
– Nikahın qeydə alınması üçün doldurulmuş ərizə-anketin surəti.
Vətəndaşların tibbi müayinədən keçdiklərini təsdiq edən arayış 5 iş günü müddətində verilir və bunun üçün dövlət rusumu ödənilmir. Qeyd edək ki, yalnız “ASAN xidmət” mərkəzləri daxilində nikaha daxil olmaq istəyən şəxslər bu xidmətdən yararlana biləcəklər.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın