Bazar , Noyabr 29 2020
Ana səhifə / Media / “ASAN xidmət”dən növbəti yenilik

“ASAN xidmət”dən növbəti yenilik

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində olan “ASAN xidmət” mərkəzlərinə müraciət edən vətəndaşların xidmət prosedurasının asanlaşdırılması, əlçatanlığın və vətəndaş məmnunluğunun təmin edilməsi üçün müxtəlif innovativ tətbiqlər həyata keçirməkdədir.

Vətəndaşlar GoMap.az (www.gomap.az) saytında “Səyyar ASAN xidmət” bölməsinə daxil olmaqla rəqəmsal xəritə vasitəsilə real vaxt rejimində səyyar avtobusların hərəkət trayektoriyası, xidmət göstərdiyi məntəqələr haqqında məlumat ala bilərlər.

Həmçinin bu məlumatı “ASAN xidmət”in www.asan.gov.az rəsmi internet səhifəsindəki “Səyyar xidmətlər” bölməsinə daxil olmaqla da əldə etmək mümkündür.

Bununla da, vətəndaşlar bu bölmələrdən faydalanaraq zamanlarının daha səmərəliliyini təmin etmiş olarlar.

Həmçinin oxuyun

“Qafqazın Xirosiması” – “France-24” Ağdamdan reportaj hazırladı – VİDEO

Bu şəhər o qədər dağıdılıb ki, bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar. 1980-ci illərin sonlarında 40 …

Bir cavab yazın