Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “ASAN xidmət”də 3382 sahibkara lisenziya verilib

“ASAN xidmət”də 3382 sahibkara lisenziya verilib

“İqtisadiyyat Nazirliyi “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanıldığı tarixdən ötən ilin sonuna kimi sahibkarlara 3382 lisenziya verib. Bunun da 1788-i yeni verilən, 1594-ü isə müddətsiz lisenziya ilə əvəz edilən lisenziyalardır”.

Bunu Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev Azərtac-a verdiyi müsahibəsində deyib. Onun sözlərinə görə, qeyd edilən dövr ərzində əczaçılıq fəaliyyəti sahəsində 979 lisenziya verilib və bunun da 418-i yeni verilib, 561-i isə müddətsiz lisenziya ilə əvəz edilib. Həmçinin dərman vasitələrinin istehsalına 2-si yeni, 2-si isə müddətsiz ilə əvəz edilən olmaqla 4 lisenziya verilib.

O bildirib ki, hazırda əczaçılıq fəaliyyəti sahəsi (dərman vasitələrinin topdan və pərakəndə satışı, istehsalı) üzrə qüvvədə olan lisenziyaların sayı 2257-dir: “Ölkəmizə dərman vasitələrinin idxalı 50-yə yaxın fəal idxalçı tərəfindən həyata keçirilir. Eyni zamanda, əhalinin hər 100 min nəfərinə düşən aptek təşkilatlarının sayı 22-dir ki, bu da İqtisadı Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələri üzrə orta göstəriciyə (25) uyğundur.

“Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” Azərbaycan Prezidentinin 2015-ci il 19 oktyabr tarixli fərmanına uyğun olaraq, 2015-ci il noyabrın 2-dən İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə lisenziyaların verilməsinə başlanılıb.

Həmçinin dövlət başçısının “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli fərmanına əsasən, lisenziyaların müddətsiz verilməsi müəyyən edilib, həmin fərmanın qüvvəyə mindiyi tarixə qüvvədə olan lisenziyalar müddətsiz hesab olunub, lisenziyaların verilməsi müddəti 15 gündən 10 iş gününə endirilib. Eyni zamanda, lisenziyaların verilməsinə görə ödənilən dövlət rüsumlarının məbləği 2 dəfə, o cümlədən regionlar üzrə 4 dəfə azaldılıb. Hazırda dərman vasitələrinin istehsalına lisenziya verilməsi üçün 2 250 manat, topdansatışına lisenziya verilməsi üçün 2 250 manat, pərakəndə satışına lisenziya verilməsi üçün isə dövlət rüsumu 1000 manatdır”.

Həmçinin oxuyun

“Həyatımda iki insan var ki, onları heç zaman bağışlamayacağam”

“Allah bağışlayandır. Elə məqamlar olur ki, bağışlamaq olmur. Həyatımda iki insan var ki, onları heç …

Bir cavab yazın