Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Media / “ASAN qatar” fəaliyyətə başlayır

“ASAN qatar” fəaliyyətə başlayır

Fevralın 1-dən etibarən “ASAN qatar” vasitəsilə Qazax rayonunda sakinlərə 15 gün müddətində səyyar xidmət göstəriləcək.

Bu barədə “ASAN Xidmət” mərkəzinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov məlumat verib.

O, bildirib ki, xidmətlər 4 dövlət orqanı ( Ədliyyə nazirliyi, Daxili İşlər Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən təqdim olunacaq.

Qeyd olunub ki, səyyar “ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir.

Həmçinin oxuyun

Türkiyə mediası Prezidentin Şuşaya səfərindən yazır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin …

Bir cavab yazın